Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN rəsmisi: “Azərbaycanda digər ölkələrlə müqayisədə polis sayı çox azdır”

104 Baxış

BMT-nin yayımladığı son statistik məlumata görə, dünya ölkələri üzrə əhalinin hər 100 000 nəfərinə düşən polis sayı 342 nəfərdir. Azərbaycanda orta hesabla əhalinin hər 100 000 nəfərinə 290 polis əməkdaşı düşür.

Bu sözləri “Report”un “Hüququnuz var” verilişində Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Azərbaycan digər ölkələrlə müqayisədə kifayət qədər müsbət yerdədir:

“Məsələn, Almaniyada əhalinin hər 100 000 nəfərinə 300 polis əməkdaşı düşür. Bu rəqəm Azərbaycanda çox azdır. Digər ölkələrlə müqayisədə Azərbaycanda polis mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır. Digər ölkələrdə isə idarəetmə sistemi fərqlidir və vilayətlərin ayrı polis orqanı var ki, özünəməxsus xüsusiyyətləri ilə  bir-birindən fərqlənir. Rusiyada orta hesabla əhalinin hər 100 000 nəfərinə 509, Monteneqroda 845, Serbiyada 492, Belçikada 327, Qazaxıstanda 206 polis əməkdaşı düşür”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678