Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paytaxtda ticarət dövriyyəsinin həcmi artıb

113 Baxış

2021-ci ilin yanvar-aprel aylarında paytaxtda ticarət dövriyyəsinin həcmi ötən illə müqayisədə 0,8 faiz artıb.

Oxu.Az-ın Bakı Statistika İdarəsindən əldə etdiyi məlumata əsasən, bu dövrdə Bakıda ticarət dövriyyəsinin həcmi 6 milyard 723,1 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artıb və 3 milyard 545,7 milyon manata bərabər olub.

Qeyri-ərzaq məhsullarının həcmi isə 0,7 faiz azalaraq 3 milyard 177,4 milyon manat təşkil edib.

İstehlak məhsullarının 38,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678