Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstan azərbaycanlılarından “YAŞAT” Fonduna dəstək

167 Baxış

Kostanay vilayətindəki soydaşlarımız “YAŞAT” xeyriyyə marafonuna qoşulublar.

Qazaxıstanın Kostanay vilayətində fəaliyyət göstərən azərbaycanlı icmasının “Birlik” etnomədəni cəmiyyətinin təşəbbüsü ilə “YAŞAT” xeyriyyə marafonuna dəstək tədbiri keçirilib.

Tədbirdə çıxış edən “Birlik” cəmiyyətinin sədri Rafail Hacıbalayev deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən il Vətən müharibəsində qələbəni bizə yaşadanlara və zəfər tarixini yazanlara dəstək olmaq hər bir azərbaycanlının borcudur:

“Qazaxıstan azərbaycanlıları da böyük xalqımızın bir hissəsi olaraq hər an dövlətimizə dəstək olmaq üçün əlindən gələni etməyə hazırdır”.

Cəmiyyətin tədbirdə iştirak edən 51 üzvü “YAŞAT” xeyriyyə marafonuna qoşulduğunu bildirib və ianələr edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678