Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kontakt Home”: “Şəhid ailələrinin adından istifadə edib gündəm yaradanlar hüquqi cəza alacaq” – FOTO/VİDEO

126 Baxış

“Şəhid Adilov Şirəli İlham oğlunun ailəsinə məxsus yataq dəstinin ödənişlərin edilməməsi səbəbi ilə zorla geri götürülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir. Bu şəbəkəmizə qarşı hazırlanmış qarayaxmadır. 2 ailə arasında məişət zəminində olan narazılıq və şəhid ailələrinin həssaslığından istifadə edərək “Kontakt Home” mağazalar şəbəkəsinin fəaliyyətinə kölgə salmaq, işgüzar nüfuzunu ləkələmək və cəmiyyətdə çaşqınlıq törətməyə yönəlmiş qərəzli kampaniyadır”. 

Bu barədə “Kontakt Home” mağazalar şəbəkəsinin Hüquq departamentinin rəhbəri Vurğun Quliyev ötən gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda bu kampaniyanın əsas motivləri aydınlaşdırılır və səbəbkarlar barəsində hüquqi ölçü götürüləcək:

“Təəssüflə bildiririk ki, ailədaxili anlaşılmazlıq ruhu qarşısında baş əydiyimiz şəhid ailəsində baş verib. Şəhid Şirəli Adilovun qayınanası Azadə Məmmədova 2019-cu ilin dekabr ayında bizdən məhsul alıb və 2020-ci ilin yay ayında qızını gəlin köçürüb. Həmin əşyalar cehiz olaraq şəhidin yaşadığı mənzilə aparılıb. Ötən ilin sentyabrında müharibə başlanıb, müzəffər ordumuz torpaqlarımızı azad edib və həmin ailənin igid oğlu da şəhid olub. Sonradan ailələr arasında narazılıq yaranıb və şəhidin xanımı ata evinə qayıdıb. Bundan sonra, ötən ilin dekabr ayının 31-də gəlinin anası bizimlə əlaqə saxlayaraq aldığı məhsulların geri qaytarılmasını istəyib. Yazırlar ki, guya əşyalar borca görə qaytarılıb, əslində xanım ödənişi vaxtlı-vaxtında edib və borca görə qaytarılma olmayıb”. 

V. Quliyevin sözlərinə görə, müştərinin şəhid ailəsi olduğu bilinəndə əşyaların saxlanılması ilə borcu qaytarmaq təklif olunub. A. Məmmədovadan şəhidin ölüm kağızı deyil, yalnız şəhid ailəsi ilə qohumluğunu bildirən hər hansı sənəd istənilib. O isə təkidlə əşyaların mağazaya geri qaytarılmasını istəyib: “Şəhid yoldaşının istəyi olduğuna görə həmin əşyalar bu ilin yanvar ayında geri qaytarılıb. Xahişi nəzərə almasaydıq, bu qarşı tərəfdə də narazılıq yarada bilərdi. Qaytarılma məhsul sahibinin və ev sahibinin iştirakı ilə və etirazı olmadan həyata keçirilib. Yalnız 5 aydan sonra – mayın 20-də məsələ qərəzli və məsuliyyətsiz şəkildə gündəmə gətirilib. Bu aylar ərzində ailələr tərəfindən “Kontakt Home” mağazasına ünvanlanan hər hansı narazılıq olmayıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678