Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Könüllülər üçün Respublika Gününə həsr olunmuş onlayn konsert proqramı keçirilib – FOTO

125 Baxış

Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və “ASAN Könüllüləri”nin dəstəyi ilə 28 may – Respublika Gününə həsr olunmuş “Könlüm Azərbaycan” adlı onlayn konsert proqramı baş tutub.

İttifaqın rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanan və bu formatda ilk dəfə keçirilən konsert proqramı ölkənin bir sıra tanınmış müğənniləri, eləcə də müxtəlif könüllü təşkilatlarını təmsil edən istedadlı gənclərin iştirakı ilə baş tutub.

Aparıcıların açılış nitqi ilə başlayan tədbirdə bildirilib ki, xalqımızın müstəqillik tarixinə qızıl hərflərlə yazılmış 28 may – Respublika Günü müasir, azad Azərbaycanın gəncləri tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır. Hazırda ölkəmizin hər bir yerində təntənəli şəkildə qeyd olunan bu əlamətdar gündə, məhz 103 il öncə demokratik və müstəqil Azərbaycan Respublikasının yarandığı bütün dünyaya bəyan edilib.

Tədbir müğənnilərlə Azərbaycan könüllülərinin birgə və solo ifaları ilə davam edib. Avroviziya mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, estrada ulduzu İlhamə Qasımova, “Azərbaycan Könüllüləri” və “Formula 1” könüllülərinin himnlərinin müəllifi, Avropa Gənclər Olimpiya Festivalı könüllülərinin ulduz səfiri Tofiq Hacıyev, aparıcı və müğənni Seyran Babayev çıxış edən ifaçılar sırasında yer alıblar. Konsert proqramı könüllülər tərəfindən hazırlanmış xüsusi rəqs nömrələrinin nümayişi ilə davam edib. 

Tədbirin bağlanış nitqində Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan könüllülərinin hər zaman xüsusi birlik və həmrəylik nümayiş etdirərək əhəmiyyətli işlər gördükləri və bundan sonrakı fəaliyyətlərində də xalqımızın rifahı, eləcə də ölkəmizin inkişafı uğrunda yorulmadan çalışacaqları qeyd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678