Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pakistanlı jurnalist: “İnanıram ki, dünya ictimaiyyəti Gəncədə yaşananlara ciddi reaksiya verəcək” – FOTO

118 Baxış

“Müharibənin Azərbaycanın Gəncə şəhərində yaratdığı mənzərə məni çox təəccübləndirdi”.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bu sözləri pakistanlı jurnalist və bloger Şaxab Umddin Maxdum Vətən müharibəsi zamanı Gəncədə mülki əhalinin həlak olduğu ərazini ziyarət edən zaman bildirib.

“Burada yaşananlar məni çox təəccübləndirdi, baş vermiş olayları gəlib burada daha dəqiq öyrəndim. Müharibədə mülki əhalinin atəşə tutulması və onları qətlə yetirmək qəbulolunmazdır. İnanıram ki, dünya ictimaiyyəti, dünya siyasətçiləri burada yaşananlara ciddi reaksiya verəcəklər”- deyə o, qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678