Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan və Türkiyə arasında ekstradisiya məsələsi daha da sadələşdiriləcək

124 Baxış

“İki ölkə arasında ekstradisiya və hüquqi yardım məsələlərində bu günə qədər heç bir problem olmayıb. İmzalanan memorandum əsasında isə bu prosedurlar daha da sadələşdiriləcək”.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında bu mövzuda məsələlər qarşılıqlı şəkildə tənzimlənib: 

“Bu yalnız indiki dövrdə deyil, hər zaman belə olub. İki ölkə arasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə bütün hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrimiz var. Bu gündən etibarən isə bu əlaqələr, əməkdaşlıqlar daha da sadələşdiriləcək”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678