Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Maskasız Bakının gülən üzü – FOTOREPORTAJ

114 Baxış

Bir ildən artıq müddətdir ki, dünya ölkələri ilə birlikdə ölkəmizdə də tüğyan edən koronavirusla ilə ciddi mübarizə tədbirləri aparılır. Nazirlər Kabineti yanında operativ qərargah mərhələli şəkildə mövcud vəziyyəti qiymətləndirərək müvafiq qərarlar qəbul edirdi. Sonuncu qərar isə əhalini sözün əsl mənasında sevindirdi. 

Belə ki, operativ qərargahın sonuncu qərarı ilə bu gündən etibarən açıq havada maska taxılması tələbi ləğv edilib. Qərar paytaxt əhalisinin sevincinə səbəb olub. İnsanlar ailə üzvləri ilə birlikdə isti havadan zövq alaraq paytaxt küçələrinə gəzintiyə çıxıblar. 

Maskasız şəhər insana sözün əsl mənasında xoş təsir bağışlayır. Bir şəhərə gözəllik verən onun əhalisi, insanların müsbət enerjisi, uşaqların üzündəki məsum gülümsəmədir. Bir il davam edən koronavirus pandemiyası demək olar ki, insanları bir-birinin üzünə həsrət qoymuşdu.

Nəhayət qarşıdan gələn isti hava şəraitini nəzərə alsaq, açıq havada maskanın ləğvi yerində verilmiş qərardır. Ümid edirik ki, bundan sonra verilən bütün qərarlar yalnız və yalnız karantin qaydalarının daha da yumşaldılması istiqamətində olacaq. 

Maskasız Bakıdan göz oxşayan kadrlar Oxu.Az-ın fotoqrafının gözü ilə:

Könül Cəfərli
FOTO: Firudin Səlimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678