Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yol polisindən sərnişindaşıma ilə məşğul olan sürücülərə tövsiyələr – VİDEO

222 Baxış

Bu gün Bakı Beynəlxalq Avtovağzalı ərazisində sərnişindaşıma ilə əlaqədar məhdudiyyətin aradan götürülməsi ilə bağlı avtovağzal rəhbərliyinin, Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə sürücülərlə görüş keçirilib.

Oxu.Az xəbər verir ki, görüşdə Avtovağzalın direktoru Camal Sadıqov, BDYPİ-nin YPX Alayının qərargah rəisi, polis kapitanı Rüfət Quliyev və İdarəsinin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli iştirak edib.

Görüş zamanı sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə daha da məsuliyyətli olmaları barədə profilaktik, maarifləndirici söhbətlər aparılıb. 

Yola çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi yoxlamadan keçməsi, eləcə də yolboyu istirahətin təmin olunmasının vacibliyi xüsusilə qeyd olunub.

Görüş zamanı sürücülərin də fikirləri dinlənilib, sualları aidiyyəti üzrə tədbir təşkilatçıları tərəfindən cavablandırılıb.

Daha sonra marşrut xətlərinə yaxınlaşan DYP əməkdaşları sərnişinlərlə də maarifləndirici söhbətlər aparıb. Açıq havada tibbi maskanın zəruriliyi aradan qaldırılsa da, qapalı məkanlarda, eyni zamanda ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadənin mütləq olması diqqətə çatdırılıb.

Hərəkət iştirakçılarından, xüsusilə sərnişinlərdən avtobuslara daxil olarkən qoruyucu vasitələrdən istifadə etmələri, sosial məsafəni qorumaqları və sanitar-gigiyena qaydalarına ciddi riayət emələri xahiş edilib.

Səyahət zamanı sərnişinlər arasında özünü narahat, halsız hiss edən olarsa, dərhal bu barədə sürücüyə məlumat verilməlidir. 

Avtovağzalın direktoru Camal Sadıqov nəzarətin gücləndirildiyini diqqətə çatdıraraq yol polisi ilə qarşılıqlı əməkdaşlığın faydalı olacağına ümidvar olduğunu bildirib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678