Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Masallıda arvadını öldürməkdə şübhəli bilinən kişi tutuldu

124 Baxış

Mayın 29-da Ruhiyyə Şükürovanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Masallı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin əri Rövşən Orucovun arvadı ilə aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı üzərində olan bıçaqla Ruhiyyə Şükürovanın bədəninin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rövşən Orucov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678