Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

UNICEF-in Azərbaycandakı nümayəndəsindən uşaqlarla bağlı ÇAĞIRIŞ – FOTO

130 Baxış

“Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür və bütün Azərbaycan uşaqlarına ən xoş arzularımı və təbriklərimi çatdırıram”.

Bu sözləri özünün “Facebook” sosial şəbəkəsində BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

O qeyd edib ki, ötən il Azərbaycanda və dünyada uşaqlar üçün çox çətinliklər olub:

“Amma bu gün qarşıdakı günlərin və ayların bütün uşaqlar və ailələri üçün imkanlarla dolu, daha parlaq olacağı ümidi ilə bir araya gəldik. 

Uşaqlar ümid, fürsət, yaradıcılıq və gələcəyin vədini təmsil edirlər. Gəlin, bu Uşaqlar Gününü onların sağlamlıqlarına, təhsillərinə, onların qorunması və ləyaqətinə dəstək olmaq üçün investisiya qoymağa və ilk anlardan yetkin yaşa qədər davam etmə öhdəliyimizi yeniləmək üçün istifadə edək”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678