Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

124 Baxış

Mərkəzi Bankın iyun ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 460,4 milyon ABŞ dolları olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, aylıq müqayisədə isə 1,5 faiz artıb.

Qeyd edək ki, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının həcmi may ayının əvvəlinə 6 milyard 367,6 milyon ABŞ dolları, 2020-ci ilin eyni dövründə 6 milyard 414,4 milyon ABŞ dolları olub.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678