Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir

123 Baxış

İyunun 4-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron sənəd qəbulu prosesinə başlanılır. 

Təhsil Nazirliyindən verilən məlumata görə, sənəd qəbulu 4-11 iyun tarixlərini əhatə edəcək.

Müsabiqə 4 mərhələdən (elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçimi və müsahibə mərhələsi) ibarətdir.

Müsabiqənin ilk – elektron sənəd qəbulu mərhələsində namizədlər miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. 

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678