Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Daşkəsəndə polis əməkdaşları şəhid övladlarına bayram sovqatları aparıb – FOTO

122 Baxış

Daşkəsəndə polis əməkdaşları şəhid övladlarına bayram sovqatları aparıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Belə ki, 1 iyun Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhid ailələrini ziyarət edərək onların övladları ilə görüşüblər.

Şəhid övladlarını bayram münasibəti ilə təbrik edən polis əməkdaşları onların atalarının hünərinin, igidliyinin qəhrəmanlıq tariximizdə əbədi yaşayacağını deyərək, onlara hədiyyələr təqdim ediblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678