Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

142 Baxış

Ucar rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

Kürdəmir rayonunda məskunlaşan Cəbrayıl rayon sakini, 1995-ci il təvəllüdlü Mehdiyev Seymur Söhbət oğlu yolu keçmək istəyərkən onu “Mercedes” markalı avtomobil vurub.

Nəticədə S.Mehdiyev aldığı xəsarətdən hadisə yerində keçinib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678