Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Visa” Mərkəzi Asiya və Azərbaycan klasterinə rəhbər təyin etdi

112 Baxış

Yeni texnologiyaların və tənzimləyici mühitin əhəmiyyətli transformasiyasını nəzərə alaraq, “Visa” Qafqaz və Mərkəzi Asiyada klaster strukturunu dəyişərək Mərkəzi Asiya və Azərbaycan regionunun rəhbərini vitse-prezident vəzifəsinə yüksəltdi. 

Bu barədə Oxu.Az-a “Visa” beynəlxalq ödəniş sistemindən məlumat verilib.

Bildirilib ki, o, vəzifəsinin icrasına iyunun 1-dən başlayıb.

Şirkətin məlumatına əsasən, yeni texnologiyaların və tənzimləyici mühitin əhəmiyyətli transformasiyasını nəzərə alaraq, “Visa” Qafqaz və Mərkəzi Asiyada klaster strukturunu dəyişərək Mərkəzi Asiya və Azərbaycan regionunun rəhbəri, vitse-prezident vəzifəsinə yüksəltdi:

“Öz yeni rolunda Krisitina Doroş yeni yaradılmış Mərkəzi Asiya və Azərbaycan klasterində electron ödənişlərin həcminin genişləndirilməsini diqqət mərkəzində tutaraq “Visa”nın banklara, ticarətçilərə və kart sahiblərinə verdiyi dəyəri artırmaq üçün çalışacaq. Bu təyinat Doroşun olduqca uğurlu fəaliyyət göstəricilərinin və peşəkarlığının şirkət tərəfindən layiqincə qiymətləndirilməsinin nəticəsidir. Kristina komanda inkişafını dəstəkləyən, əməkdaşlara qiymət vermə mədəniyyətini təşviq edən ruhlandırıcı lider və mentordur”.

“Kristina Doroşun vitse-prezident, Mərkəzi Asiya və Azərbaycan üzrə rəhbər vəzifəsinə yüksəlməsinə çox sevinirik. Müstəsna liderlik bacarıqları və geniş fəaliyyət coğrafiyasına malik olan Kristina xanımın şirkət daxilində peşəkar artımı onun işə can yandırmasının layiqincə qiymətləndirilməsi ilə yanaşı, “Visa”nın MDB və Cənub Şərqi Avropa (CŞA) regionunda müxtəlifliyə və qadınların səlahiyyətləndirilməsinə önəm verdiyinə işarə edir. Tam əminəm ki, Kristina komandamıza rəhbərlik etmək və müştərilərimizə dəstək göstərmək vəzifələrinin öhdəsindən mükəmməl gələrək Mərkəzi Asiya dövlətlərində və Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsinə mühüm töhfə verəcək,” – “Visa”nın MDB və Cənub Şərqi Avropa ölkələrində böyük vitse-prezidenti və baş meneceri Vera Platonova söylədi.

Son beş ildə Kristina Doroş “Visa”nın Həllər və Bizneş İnkişafı departamentlərində müxtəlif vəzifələrdə çalışıb. Əsas debit, kredit və premium məhsullarla yanaşı, Kristina həmçinin gələcək ödəmələrin artımı üçün həlledici olan loyallıq həllərinin inkişafı və kommersiya kartları istiqamətini idarə edib. 2019-cu ildə o, MDB və CŞA böyük regionu daxilində yeni yaradılmış Qafqaz üzrə regional menecer vəzifəsinə təyin olunub. İyunun 1-dən etibarən isə Doroş Almatıda yerləşərək Mərkəzi Asiya dövlətləri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan) və Azərbaycanda Visa-nın fəaliyyətini idarə edəcək.

“Qafqaz regionunda işə sadiq peşakarlardan ibarət komandaya rəhbərlik etməkdən sonra Mərkəzi Asiya və Azərbaycanda “Visa”nın fəaliyyətini yönləndirmək mənim üçün böyük şərəfdir. Bu təyinat müştərilərimiz və tərəfdaşlarımız üçün daha böyük dəyər yaratmaq, regionda rəqəmsal iqtisadiyyata keçidə töhfə vermək üçün olduqca həyəcanlı və çağırışlı bir fürsətdir. Tənzimləyici qurumlar, müştərilər və ticarətçi tərəfdaşlarla sıx işləyərək regionda texnoloji təsirimizin genişləndirilməsi mənim üçün çox önəmlidir və mən bu işə qoşulmaq imkanını səbirsizliklə gözləyirəm”, – deyərək Kristina Doroş qeyd etdi.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678