Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bəsitçay ərazisinə vurulan ziyan hesablanır

108 Baxış

“İşğaldan azad olunan torpaqlarımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi mühafizə olunan ərazilərdə də ciddi ziyan dəyib”.

Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, həmin ərazidə yerləşən Bəsitçayın ərazisi 107 hektardır, onun 100 hektarı meşə çinarlarının qorunması üçün salınıb:

“Təəssüf ki, onun 40 hektara yaxını məhv edilib. Vurulan ziyanlar hesablanır, Bəsitçayla bağlı monitorinq işləri aparılır”.

“Aidiyyəti qurumlar şərait yaratdıqda monitorinqləri təşkil edilir”, – deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678