Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sirac və Məhərrəmlə yaşayacaq xatirələr – VİDEO

117 Baxış

Bir neçə aydır yollarda idi. İşğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılan xatirələri, törədilən vəhşilikləri işıqlandırmağa yollanmışdı Sirac. Arsuzuna çatdı. Gördü o yerləri. 

Amma arzusu onun ömrünü yarımçıq qoydu.

Bu gün saat 11:00 radələrində həmkarı Məhərrəm İbrahimovla birgə Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində “KamAZ” markalı avtomobillə hərəkətdə olarkən düşmən tələsinə, tank əleyhinə minaya tuş gəldi.

Acı xəbər idi. Bu dəfə Sirac və Məhərrəmin özü xəbər başlığı idi. İstəmədən və bilmədən.
Həmkarları hələ inanmır Siracın yoxluğuna, AZTV sanki bu xəbərlə sükutə qərq olub. Gözlərdə yaş olan Sirac bu dəfə xatirələrdə anıldı. 

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678