Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabirabadda gecə qaçırılan maşın səhəri gün tapıldı

129 Baxış

Sabirabadda daha əvvəl qaçırılan avtomobil tapılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, iyunun 4-ü gecə saatlarında Sabirabad rayonu Yenikənd kənd sakini M.Allahverdiyev DİN-in “102 Zəng Mərkəzi”nə müraciət edərək ona məxsus “Niva” markalı avtomobilin qaçırıldığı barədə məlumat verib.

Məlumatla əlaqədar Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsinin rayon ərazisində tapılması təmin olunub. 

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678