Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hər il Azərbaycanda neçə nəfəri ilan sancır? – AÇIQLAMA

110 Baxış

Səhiyyə Nazirliyinin mütəxəssisi İsmayıl Əfəndiyev Azərbaycanda baş verən zəhərlənmələr barədə danışıb.

O bildirib ki, sirkə turşusu, dərman zəhərlənmələri, narkotik maddələr və alkoqola bağlı zəhərlənmələr demək olar ki, il boyu eyni proporsiyada olur:

“Digər intoksikasiyalar isə toksikologiyada mövsümi xarakteri daşıyır. Məsələn, yay üçün zəhərli heyvan sancmaları, payız üçün daha çox göbələklərlə zəhərlənmələr, qış mövsümi üçün dəm qazı zəhərlənmələri daha çox müşahidə olunur.

Yay fəslində olduğumuz üçün söhbətimizi bu istiqamətdə davam edək. Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir”.

O qeyd edib ki, zəhərli heyvanlar sancmalarından sonra orqanizmdə qalıcı təsir ola bilər:

“Çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət biz fəsadlar görə bilirik. Bunun əsas səbəblərdən biri də zəhərin limfatik yolla bədənin limfatik damarlarını zədələnməsidir.

Bəzən bu hal uzun illər davam edir. Həmin nahiyəni sıxmaq sağalmanı çox gecikdirir. Nə ola bilər: ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma, hətta amputasiyaya qədər gətirib çıxara bilir. Bir daha tövsiyəmiz: bu hallarda həkimə zamanında müraciət etməkdir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678