Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müavinindən narazılıq: “İcra hakimiyyəti qeydiyyatı lazımi keyfiyyətdə aparmır”

121 Baxış

“2018-ci ildə qəbul edilən qərara əsasən, yaşıllıqların qeydiyyatı rayonlar üzrə icra hakimiyyəti orqanları tərəfindən aparmalıdır. Bu qeydiyyatlar lazımi keyfiyyətdə aparılmır”.

Bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti orqanları tərəfindən tək-tək hallarda yaşıllıqlarla bağlı qeydiyyat aparılır:

“Nazirlik olaraq biz burada tənzimləyici, əlaqələndirici koordinasiya işini həyata keçiririk”.

Nazir müavini bildirib ki, paytaxt ərazisində hansısa bir köhnə binalar sökülürsə, orada yenisi tikilən zaman yaşıllıqların qurulması ilə bağlı işlər görülür:

“Həmin ərazidən qəzalı vəziyyətdə olan ağaclar götürülübsə, daha yaxşı qoyulur. Hər bir tikilən binanın ərazisində 25 faiz yaşıllıq olmalıdır. Yaşıllıqları qorumaq lazımdır, bizim işimiz də budur.

Biz yaşıllıqların qorunması üçün əlimizdən gələni edirik, amma bir neqativ hal daha çox qınağa səbəb olur. Bu da düzgündür. İstəyirik ki, bizə də, ağacı da kəsənlərə də ictimai nəzarət olsun. Həmin nəzarət bizə ən böyük köməkdir”.

V.Kərimov əlavə edib ki, dövlət əhəmiyyətli tikililər olan zaman yolların genişləndirilməsində ağaclar götürülür:

“Biz oradan ağacların kəsilməsinə yox, köçürülməsinə üstünlük veririk. Yeni ərazilərdə bitmə şansı az olsa da, ağacların köçürülməsini təmin edirik. Yaşı 15, boyu üç metrə yaxın, gövdəsinin diametri 10-15 santimetrə çatan ağacları köçürürük və 75-80 faizin üzərində bizdə köçürülən ağaclar bitir”. 

İlhamə Əbülfət

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678