Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sərtləşdirilmiş karantin rejimi ilə bağlı maliyyə dəstəyinin əhatə dairəsi açıqlandı

156 Baxış

Sərtləşdirilmiş karantin rejimi tətbiq edilən rayon və şəhərlərdə fəaliyyət göstərən sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon üzrə sahibkarlıq subyektlərinin muzdlu işçilərinə maliyyə dəstəyi 9 300 işçisi olan 1900-dək, fərdi sahibkarlar üzrə maliyyə dəstəyi isə 13 000-dən yuxarı vergi ödəyicisini əhatə edəcək.

Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac olmayacaq.  Ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək.

Maliyyə dəstəyi son dörd ayda işçi sayını əhəmiyyətli dərəcədə azaltmamış vergi ödəyicilərinə göstəriləcək. Əməkhaqqı üzrə ödəmələrdə vergi ödəyicilərinin sosial sığorta ayırmaları də nəzərə alınacaq.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678