Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakı Şəhər İcra Hakimiyyəti əhaliyə MÜRACİƏT ETDİ – FOTO

125 Baxış

Bakı Şəhər İcra Hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında  küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir. 

Bu barədə Oxu.Az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. 

Bildirilib ki, paytaxt meriyası və rayon İcra Hakimiyyətləri sakinlərə müraciət edərək bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır. 

Hər bir sakin eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcəkdir.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678