Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur – FOTO

123 Baxış

Qusar rayonunda dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə, uzun müddət əsaslı şəkildə təmir olunmayan Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti norma və standartlarına uyğun deyildi. 

Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir. Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678