Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Anticisim analizi ilə COVID pasportu almaq mümkündür? – AÇIQLAMA

137 Baxış

“COVID IgG (qan, anticisim) analizi verərək COVID-19 pasportu almaq mümkün deyil”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, seroloji analizin nəticəsi ilə heç bir pasport almaq olmaz:

“Yalnız PCR analizi nəticəsində təsdiqlənən şəxslər üçün pasport verilir”.

O qeyd edib ki, Azərbaycanda südverən analar, hamilə və 18 yaşına çatmayan şəxslər vaksinasiyadan azaddır.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678