Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Samuxda həkim sükan arxasında infarkt keçirib öldü

119 Baxış

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə infarkt keçirib.

Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678