Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazilər niyə əlil statusu ala bilmir? – AÇIQLAMA

133 Baxış

Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bəzi qazilərin əlillik statusu ala bilməməsinə münasibət bildirib. 

Oxu.Az-ın məlumatına əsasən, M.Quliyev qeyd edib ki, həmin qazilərin müalicəsi gedir və əlillik təyinatı bu səbəbdən gecikdirilir. 

“Üstəgəl, bəzi qazilərin ordudan tərxis edilməsi məsələsi də həll olunur. Bundan sonra əlillik təyinatı baş tutacaq”, – deyə M.Quliyev əlavə edib. 

M.Quliyev bildirib ki, iyunun 10-na olan məlumata görə, 800 qaziyə əlillik şəhadətnaməsi verilib. 

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678