Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağgöl Milli Parkında yeni ceyran balaları doğulub – AÇIQLAMA+FOTO

677 Baxış

“Bu gün Ağgöl Milli Parkında yeni ceyran balaları doğulub. Bu heyvanlar “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinin uğurlu nəticəsidir”.

Bu barədə Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova məlumat verib.

O bildirib ki, hazırda bu parkda yaşayan ceyran populyasiyasında fərdlərin sayı 74-dür:

“2010-cu ilin 24 dekabr tarixində ceyranların reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi (WWF) tərəfindən intensiv işlər aparılıb.

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində hazırki dövrədək Şirvan Milli Parkından tutulmuş ümumilikdə 245 baş ceyranın respublikanın müxtəlif ərazilərinə, eləcə də Gürcüstan Respublikasının Vaşlovani Milli Parkına reintroduksiyası həyata keçirilib”.

O qeyd edib ki, son illərdə ölkə ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və yaşayış yerlərində qorunma rejiminin möhkəmləndirilməsi tədbirləri nəticəsində onların sayı artaraq 8000 başa çatıb:

“Azərbaycanda ceyranların müasir yaşadıqları sahələr Şirvan Milli Parkını, Ağgöl Milli Parkını, Bəndovan və Korçay yasaqlıqlarını və Acınohur-Ceyrançöl ərazisini əhatə edir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678