Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abadlaşan Sumqayıt bulvarının dəyişməyən üfunət qoxusu: Problem nədən ibarətdir? – FOTO

125 Baxış

Sumqayıtın göz oxşayan Bulvarında kanalizasiya qoxusu əlindən istirahət etmək mümkün deyil.

Bu barədə Oxu.Az-ın redaksiyasına şəhər sakinləri tərəfindən şikayət ünvanlanıb. 

Sumqayıt sakinləri deyir ki, bir müddət bulvarın səliqəsiz görkəmindən, istirahət üçün zəruri şəraitin olmadığından şikayətlənirdilər. Lakin, buna baxmayaraq sahil və havası üfunət qoxmurdu. Artıq Sumqayıt Şəhər Bulvarı abadlaşdırılıb, gözəl istirahət zonasına çevrilib.

Lakin, təəssüf ki, bu gün də insanlar yaradılan gözəl məkanda istirahət edə bilmirlər. Səbəb isə bulvarı bürüyən kanalizasiya, üfunət qoxusudur.

Kanalizasiya qoxusu səbəbindən Bulvara nəinki yerli sakinlər, heç turistlər də gələ bilmir.

Bəs bunun səbəbi nədir?

Qeyd edək ki, bu mövzuya dəfələrlə toxunulsa da, heç bir nəticə əldə olunmayıb.

Sakinlər iddia edir ki, bulvar ərazisində gələn pis qoxunun səbəbi ətrafdakı iaşə obyektlərindən, eləcə də yeni tikilən yaşayış binalarından axıdılan çirkab-kanalizasiya sularının dənizə tökülməsidir. 

Hazırda Sumqayıt Şəhər Bulvarında dəniz sahilində əsl ekoloji faciə yaşanır. Sahil məişət tullantıları, çirkab suları, yosun çürüntüsü, ölü balıqlarla doludur.

Maraqlıdır ki, ərazidə niyə müvafiq olaraq monitorinqlər aparılmır? Aparılırsa bu monitorinqlərin nəticəsi barədə niyə aidiyyəti üzrə tədbirlər görülmür? Aidiyyəti qurumlar mövcud vəziyyətdən bixəbər ola bilərlər?

Qeyd etdiyimiz kimi, məsələ ilə bağlı dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə də sorğu ünvanladıq. Amma məsələ ilə bağlı hələ də müvafiq cavab verilməyib.  


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678