Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abşeronda ikimərtəbəli tikili yanıb

119 Baxış

Abşeron rayonunda ümumi sahəsi 1600 m² (hər mərtəbəsi 800 m²) olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı (mağaza, kafe) tikilinin mansardasının taxta atmaları 80 m² sahədə yanıb.

Fövqəladə Hallar nazirliyindən verilən məlumata görə, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678