Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məhdudiyyətlərlə məktəbə “əlvida” deyənlər – FOTOREPORTAJ

144 Baxış

Bu gün Azərbaycanda bütün ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilir.

“Son zəng” tədbiri ümumi təhsil müəssisələrinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla baş tutur.

11-ci sinif şagirdlərinin sayı 100 nəfərdən çox olan ümumi təhsil müəssisələrində iki mərhələdə günün müxtəlif vaxtlarında keçirilməlidir.

Tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s.) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.

Oxu.Az-ın əməkdaşı “Son zəng” tədbirini lentə alıb.

Məktəblərin birində keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva da iştirak edir.

Qeyd edək ki, 2020-2021-ci tədris ilində XI siniflərini 84 069 nəfər şagird bitirir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678