Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhidimizin adına ağac əkildi – FOTO

114 Baxış

Şəhid Haşımov Tərzanın adına ağac əkilib.

Oxu.Az xəbər verir ki, Vətən müharibəsi şəhidi, gizir Haşımov Tərzan Qəhrəman oğlunun adına əkilən ağacın üzərinə isimlik vurulub.

Şəhidlərin adını əbədiləşdirmək üçün təşkil olunan ağacəkmə aksiyasında qəhrəman gizirin azyaşlı qızı da iştirak edib.

Qeyd edək ki, Tərzan Haşımov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub. O, 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən  “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb.

Qəhrəman şəhidimiz Aprel döyüşlərində də iştirak edib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Haşımov 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhid olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678