Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda qırmızı işıqda yolu keçən avtomobil qəza törədib, xəsarət alan var – FOTO

122 Baxış

Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub.

APA xəbər verir ki, yol qəzası Səməd Vurğun və Rəşid Behbudov küçələrinin kəsişməsində baş verib.
“VAZ 2114” markalı nəqliyyat vasitəsi S.Vurğun küçəsi ilə hərəkətdə olan zaman R.Behbudov küçəsində olan “BMW” markalı avtomobil ona çırpılıb. Qəza nəticəsində “VAZ”-da olan sərnişin xəsarət alıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının verdiyi məlumata görə, “BMW” işıqforun qırmızı işığından keçib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678