Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DİN-dən ötən gün Bakıda baş verən insidentlə bağlı AÇIQLAMA – VİDEO

116 Baxış

Ötən gün paytaxtın Sahil metrostansiyası yaxınlığında yerləşən Xəqani bağında insident olub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkədə paylaşılan görüntülərdə gənclərin mübahisə etdiyi görünür.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-nin mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videosu yayılan mübahisə iyunun 14-də gecə saatlarında Səbail rayonu ərazisində qeydə alınıb:

“Sözügedən mübahisədə xəsarət alan yoxdur. Tərəflər polisə müracət edərək hər hansı şikayətlərinin olmadığını, aralarında anlaşılmazlıq olduğunu bildiriblər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678