Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sağlamlığımızın keşikçiləri, pandemiya ilə mübarizədə ön cəhbədə duranlar – MÜSAHİBƏ

138 Baxış

Bu gün Azərbaycan Respublikası Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Tibb işçiləri insan üçün yer üzündə ən vacib olan sağlamlığın keşiyində duran şəxslərdir. Xüsusilə son bir il ərzində dünyanı cənginə alan koronavirus pandemiyası ilə əlaqədar onların üzərinə çox məsuliyyətli və ağır iş düşdü.

Oxu.Az-ın əməkdaşı Tibb İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə koronaviruslu xəstələrlə çalışan infeksionist Nicat Əzimli ilə həmsöhbət olub:

– Peşə bayramınızda da ilk sualımız mövcud vəziyyətlə bağlı olacaq. İnfeksionist kimi ölkədəki koronavirus pandemiyası ilə bağlı vəziyyət hazırda hansı mərhələdədir?

– Hazırkı vəziyyəti qənaətbəxş olaraq dəyərləndirirəm. COVID-19 ilə bağlı xəstə müraciətlərindəki sürətlə azalma gedir. Ümid edirik ki, bu, davamlı olar.

– Həkimlər peşə fəaliyyətlərini vicdanla yerinə yetirəcəklərinə diar “Hippokrat andı” içirlər. Bu gün bu anda sadiq qalanlar çoxdur, yoxsa sadiq olmayanlar?

– Fikrimcə pozitiv hallar neqativ hallara nəzərən daha çoxdur. Bütün tibb işçiləri öz potensialından kifayət qədər istifadə edir. Nəticələrimiz də ümumilikdə qaneedici oldu.

– Ölkədə səhiyyə sahəsində tibb işçilərinin daha peşəkar yetişdirilməsi, fəaliyyət göstərməsi məqsədilə görülən işlər və ya görülməsini istədiyiniz hər hansı tədbirlər varmı?

– Rezident və mütəxəssis həkimlərin vaxtaşırı xarici ölkələrdə müvəqqəti rotasiyalara göndərilməsi prosesi uzun müddətdir davam edir. Bu istiqamətdə aktivliyin artırılmasını məqsədəuyğun hesab edirəm.

– 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Sizi və sizin timsalınızda bütün tibb işçilərini təbrik edirik. Bir tibb işçisi üçün ən böyük hədiyyə nədir?

– Təşəkkür edirəm. Mən də öz adımdan bütün həmkarlarımızı, bütün səhiyyə işçilərimizi təbrik edirəm. Onlara bu şərəfli peşədə uğurlar arzu edirəm. Pasiyentlərlə bağlı hər bir uğurlu nəticənin verdiyi hiss əvəzolunmazdır. Bir insana “Siz artıq xəstə deyilsiniz” deyə biləndə onun simasında gördüyümüz razılıq ifadəsi bizim üçün ən böyük hədiyyədir.

Əziz tibb işçiləri peşə bayramınız mübarək!

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678