Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Beyləqanda dəhşətli qəza: Maşın piyadalara çırpıldı, ölənlər var

138 Baxış

Beyləqan rayonunda avtomobil dörd piyadanı vurub. 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində “Renault” markalı avtomobillə yolun kənarında dayanmış dörd piyada vurulub.

Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.

Nəticədə, R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678