Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazaxıstanla Azərbaycan vaksinasiya pasportlarını qarşılıqlı tanıya bilər

132 Baxış

“Mümkün qədər tez bir zamanda Qazaxıstanla Azərbaycan arasında birbaşa avia əlaqəni bərpa etməyə, işgüzar səfərlərin və kontaktların artımına imkan yaradacaq vaksinasiya pasportların qarşılıqlı tanınması məsələsini razılaşdırmaqda maraqlıyıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, nəqliyyat və kommunikasiyalar sahəsinə böyük ümidlər bəslənir: 
“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində effektiv qarşılıqlı fəaliyyət qurulub ki, bu da ölkələrimizin tranzit cəlbediciliyini möhkəmləndirməyə və yükdaşımaların həcmini artırmağa imkan verir. Qazaxıstanın Aktau və Kurik limanların, Bakının Ələt limanının potensialı bu istiqamətdə inkişaf üçün böyük perspektivlərə malikdirlər”.

Aqşin Kərimov


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678