Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Prezidentin köməkçisi: “Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər”

103 Baxış

Biz erməninin saziş əsasında üzərinə düşəni edəcəyinə inansaq, bu, sadəlövlük olardı.

Oxu.Az xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

Onun sözlərinə görə, erməni xisləti ondan ibarətdir ki, onlar hər şeydən istifadə edəcəklər:

“Onlar bu gün də aranı qatmağa çalışaraq ayrı-ayrı təxribatlar törədəcəklər. Bunların hər biri artıq bizə bəllidir. Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər. Amma elə danışırlar ki, guya Qarabağ tarixi erməni torpağıdır. Həqiqət budur ki, erməninin heç vaxt torpağı olmayıb. Orada türkdilli millətlər yaşayıbdır. Ona görə də hesab edirəm ki, biz erməninin qarşısında güclü olmalıyıq. Cənab Prezidentin göstərişlərini canla-başla yerinə yetirməliyik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678