Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hərbi Dəniz Qüvvələrinin komandanı təlimlərin məqsədindən danışdı

111 Baxış

“Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi 2021-ci il döyüş hazırlığı planına əsasən, Azərbaycanın ərazi sularında ölkənin hərbi, siyasi, iqtisadi maraqlarına yönəlmiş təhdidlərinin qarşısının alınması Xəzər dənizinin Azərbaycan sektoruna aid hissəsində enerji infrastrukturlarının müdafiəsi, mühafizəsi, bununla yanaşı sualtı neft-qaz boru xətlərinin monitorinqinin təşkil olunması məqsədi ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin birləşmələri tərəfindən bu gündən etibarən təlimlər keçirilir”.

Oxu.Az xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, təlimlərdə Hərbi Dəniz Qüvvələrinin döyüş gəmiləri dəstələri, döyüş təminatı gəmiləri, təminedici gəmilər dəstəsi edəcək:

“Təlimin əsas məqsədi gəmi taktiki qruplarının müxtəlif şəraitlərdə döyüş hazırlığının fəaliyyətlərinin təşkil olunması, birgə əməliyyat planlarının işlənilməsi, şəxsiyyətin dəniz vərdişlərinin təkmilləşdirilməsi, gəmi taktiki qruplarının və gəmilərin tək-tək döyüş hazırlığının və onların qarşılıqlı fəaliyyətinin yoxlanılmasını və bir neçə tədbirlər həyata keçiriləcək”.

Sübhan Bəkirovun sözlərinə görə, bu gündən başlanılan Hərbi Dəniz Qüvvələrinin Döyüş Gəmiləri Dəstəsi, Döyüş Təminatı və Təminedici Gəmilər Dəstəsi və Dəniz Piyadalarının iştirakı ilə taktiki təlimlərində 1000 nəfərə yaxın şəxsi heyət, 43 gəmi və katel, 2 helikopter iştirak edəcək:

“Təlimlər üç mərhələdən ibarət olacaq. Əsas birinci mərhələdə komanda məntəqənin gəmidə yaradılması, gəmilərin əsas baza məntəqsindən çıxışı, patrullama əməliyyatları həyata keçirmə, ikinci mərhələdə əsas döyüş tapşırıqlarının yerinə yetirilməsi, suüstü hədəflərin, minaların vurulması və digər tapşırıqlar həyata keçiriləcək. Üçüncü mərhələdə isə əsas qəzaya uğramış gəminin xilas edilməsi, terrorçular tərəfindən zəbt edilmiş gəminin xilas edilməsi və s. tapşırıqlar olacaq”.

Qeyd edək ki, təlimlər 22-23 iyun tarixlərini əhatə edəcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678