Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim: “Panika COVID-19 əlamətlərini dərinləşdirir” – FOTO

274 Baxış

“İybilmə və dadbilmənin itirilməsi KİV-də ən çox adıçəkilən COVID-19 əlamətləridir və buna görə də onların yaranması insanlarda panikaya səbəb olur”.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov məlumat verib.

Onun sözlərinə görə, insanların psixoloji vəziyyətinə ən edən daha bir məqam da qoxu və dadbilmənin itməsidir ki, bu da qısa zamanda bərpa olur:

“Bu məsələyə tənqidi yanaşsaq, müşahidə edə bilərik ki, bir çox halda bu simptomlar keçib gedir, qoxu və dad hissiyyatı tam şəkildə bərpa olunur. Prinsipcə, bu əlamətlər saturasiyanın düşməsi və ya sitokin “hücumu” ilə müqayisədə kifayət qədər “zərərsizdir”. Nəhayət, iybilmə və dadbilmənin pozulması bir çox soyuqdəymə halları üçün xarakterikdir. Həmçinin yadda saxlamaq lazımdır ki, panika vəziyyəti qoxu və dad hissiyyatının bərpasına kömək etmir, lakin COVID-19 əlamətlərini dərinləşdirir. Bu səbəbdən də, təşviş keçirmək əvəzinə, dərhal müayinə olunmaq və ehtiyac olduqda müalicə almaq lazımdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678