Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

20 yaşlı şəhidin xatirəsinə tikilən bulaq ad günündə istifadəyə verildi – FOTO

118 Baxış

Göyçayda şəhidin ad günündə onun xatirəsini əbədiləşdirən abidə-bulaq kompleksi istifadəyə verilib.

Oxu.Az xəbər verir ki, rayonun Birinci-Ərəbcəbirli kənd sakini, Vətən müharibəsi şəhidi Bayramov Həsənin əziz xatirəsinə tikilən bulağın açılışı olub.

Açılışda rayon rəhbərliyi, şəhidin qohumları, döyüş yoldaşları, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid H.Bayramov orta məktəb təhsilini bitirdikdən sonra Göyçay Peşə Liseyinə daxil olmuşdu. O, bu il həmin liseyin məzunu olduğundan onun adına olan məzun diplomu ailəsinə təhvil verilib.

Çıxışlar zamanı şəhidimizin döyüşlərdə göstərdiyi böyük igidliklərdən danışılıb.

Qeyd edək ki, Həsən Ağaisa oğlu Bayramov 22 iyun 2001-ci ildə Göyçay rayonunun Birinci-Ərəbcəbirli kəndində anadan olub.

O, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsinə qatılıb. Döyüşçümüz Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman əsgərimiz 13 dekabr 2020-ci ildə Göyçay Şəhidlər xiyabanında dəfn olunub.

Xatırladaq ki, şəhidin doğulub boya-başa çatdığı küçə də onun adını daşıyır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678