Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Unudulmazlar” mobil tətbiqi və “Vətən dastanı” filmi təqdim edilib

117 Baxış

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan, şəhid və qazilərimiz haqqında məlumatların bir bazada toplandığı “Unudulmazlar” mobil tətbiqinin qısa təqdimatı keçirilib.

Oxu.Az-ın məlumatına görə, ictimaiyyətə təqdim edilən “Unudulmazlar” mobil tətbiqi və “Vətən Dastanı” filmi Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə həyata keçirilib.

Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov qeyd edib ki, “Unudulmazlar” mobil tətbiqi də ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımız, bu döyüşlərin qaziləri haqqında ətraflı məlumat əldə etməyə imkan yaradan, onların cəmiyyətə daha yaxından tanıdılmasına xidmət edən yeni layihədir. 

Mobil tətbiq rayonlar üzrə də axtarış imkanı verir, qeyd olunan kateqoriyalara aid şəxslər barədə foto, video və bioqrafiya məlumatlarına əlçatanlığı təmin edir.

O, həmçinin Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə hazırlanan və təqdim edilən “Vətən dastanı” filmindən bəhs edib. Film ötən əsrin sonlarından başlayaraq erməni təcavüzkarlarının Azərbaycana qarşı baş qaldıran yeni ərazi iddiaları, 30 ilə yaxın müddətdə davam edən işğal faktı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun əldə etdiyi tarixi Zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən bəhs edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678