Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Kontakt” bu dəfə də fərqli və vətənpərvər addım atdı – VİDEO

119 Baxış

“Kontakt” növbəti dəfə vətənpərvər addımıyla hər kəsdən seçilməyi bacarıb. Belə ki, bu dəfə şəbəkə Silahlı Qüvvələr Günü münasibətilə reklam videoçarxına xərclənməli olan büdcəni bir neçə dəfə artıraraq “YAŞAT” Fonduna 50 000 AZN ianə edib.

“Bu gün biz ordumuzu fərqli, kreativ bir videoyla təbrik edə bilərdik. Lakin həmin videoya xərclənəcək büdcəni daha da artırıb 50 000 AZN-i “YAŞAT” Fonduna köçürməyi özümüzə borc bildik. Çünki Vətənə gözü kimi baxan ordu qarşısında borcumuz ödənilməzdir” – deyə şəbəkənin rəsmi “Facebook” səhifəsində qeyd olunub.

Qeyd edək ki, “Kontakt”ın bu yanaşması sosial şəbəkələrdə çox böyük maraqla qarşılanıb və mesajı özündə əks etdirən video çarx bir neçə saat ərzində minlərcə insan tərəfindən baxılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678