Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəkidə avtomobil ana və körpəsini vurdu

131 Baxış

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.

Şəki sakini Ülkər Atakişiyeva 2019-cu il təvəllüdlü oğlu Ümid Atakişiyevi uşaq arabası ilə yoldan keçirərkən “Opel” markalı avtomobil onları vurub. Nəticədə ana və azyaşlı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678