Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Deputat şəhid və qazilər üçün yaradılan mərkəzin fəaliyyətindən DANIŞDI

132 Baxış

Şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən xidmətlərin vahid məkandan həyata keçirilməsinin təmin edilməsi haqqında ölkə başçısının imzaladığı fərman növbəti dəfə dövlət siyasətinin əsl sosial xarakterini nümayiş etdirmiş oldu.

Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Prezidentin fərmanı əsasında yaradılan “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” barədə danışarkən deyib.

O bildirib ki, heç bir dövlətdə müharibə iştirakçıları, müharibədə həlak olanların ailələri və əlilliyi müəyyən edilən şəxslərin müraciətlərinə operativ cavab verərək səmərəli fəaliyyətin həyata keçirilməsi məqsədilə dövlət tərəfindən bu cür həssaslığın nümayiş etdirildiyini görməyib:

“Ölkə başçısının bu istiqamətdə belə bir fərman imzalaması Azərbaycanın mövcud beynəlxalq pozitiv imici ilə tam uyğunluq təşkil edir. Cənab Prezident hər zaman vurğulayır ki, onun fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Prezidentimiz bununla növbəti dəfə göstərdi ki, o, qazilərin, şəhid ailələrinin yanındadır”.

E.Mirbəşiroğlu yaradılan mərkəzin praktiki cəhətdən səmərəliliyinə də toxunub:

“Bu fərmanla həm də şəhid ailələrinin, müharibə ilə əlaqədar xəsarət alan hərbi qulluqçuların və əlilliyi müəyyən edilən şəxslərin müraciətlərinə operativ cavab verilməsi məqsədilə ilə bir mərkəz yaradılır. Təbii ki, fəaliyyəti DOST mərkəzlərində həyata keçiriləcək təchizat “vahid pəncərə” prinsipi ilə olacaq. Bu, o deməkdir ki, müraciət edən şəxslər qısa zamanda problemlərinin həllinə dair cavablar ala biləcəklər.

Fərmanda şəhid ailələrinin üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətlərinə uyğun fəaliyyət göstərəcək dövlət orqanlarının siyahısı da qeyd edilib. Bu da bir mərkəzdə təxmini “ASAN Xidmət” modeli olaraq bütün suallara müvafiq cavabların yerində verilməsinə şərait yaradacaq”.

“Hər şeydən öncə dövlət xidmətlərinin səmərəli təşkili baxımından yaradılan mərkəz vətəndaş məmnunluğunu təmin edəcək. Müharibə qazilərinin və digərlərinin müraciətlərinin mərkəz daxilində qısa zamanda cavablandırılması Azərbaycanın müasir mərhələdə dövlət idarəçiliyindən xəbər verir. Vətəndaşa təqdim edilən dövlət xidmətləri həm zaman itkisinin qarşısının alınması, həm də xidmətlərin vahid pəncərə prinsipi üzərindən təqdim edilməsi baxımından kifayət qədər müsbət və təqdirəlayiqdir”, – deyə E.Mirbəşiroğlu qeyd edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678