Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm… – FOTO

141 Baxış

İşğaldan azad edilmiş ərazilərdən olan daha bir qrup özünüməşğulluq proqramı iştirakçısı üçün kiçik müəssisələr yaradıldı.

“Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes 
sahibiyəm, bundan gözəl nə ola bilər!”

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi müzəffər Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdən olan vətəndaşların kiçik bizneslərinin qurulması üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təminatını davam etdirir.

Bu gün Bakının bir neçə rayonunda həmin kateqoriyadan olan daha bir qrup proqram iştirakçısına biznes planlarına uyğun aktivlər verilərək, istehsal və xidmət sahələri üzrə kiçik müəssisələri yaradılıb. 

Onlar doğma torpaqlarının işğaldan azad edildiyinə, 30 ilə yaxın davam edən yurd-yuva həsrətlərinə son qoyulduğuna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər, qüdrətli ordumuzun rəşadətindən qürur hissi keçirdiklərini vurğulayıblar. Artıq kiçik müəssisə sahibi olan vətəndaşlar onların sahibkarlığa çıxışı üçün yaradılan bu imkana görə də dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Onların yolunu gözləyən yurdlarına kiçik sahibkar kimi qayıdacaqlarını fərəhlə bildiriblər.

Zəngilan şəhərindən olan Şirin Cəfərov proqram çərçivəsində dülgər avadanlığı ilə təmin edilib. O, biznesini doğma şəhərində – Zəngilanda davam etdirəcəyini, bacardığı dülgərlik işi sahəsində öz bölgəsində əhaliyə xidmət göstərəcəyini deyib.

“Artıq məcburi köçkün deyiləm, öz yurduma qayıtmağa hazırlaşan kiçik biznes sahibiyəm, bundan gözəl nə ola bilər!” deyən Ş.Cəfərov kimi düşünənlərdən biri də özünüməşğulluq proqramı çərçivəsində musiqi avadanlıqları ilə təmin edilən, Cəbrayıl rayonunun işğaldan azad olunan Sirik kənd sakini Əhməd Şükürovdur. O, Cəbrayıl rayonunun azad edilməsi xəbərini aldıqdan sonra özünün və doğmalarının sonsuz sevinc içində olduğunu vurğulayıb. Yurduna qayıdaraq doğma torpağını sevə-sevə yaşayacağını, verilmiş aktivlər hesabına qurduğu biznesini də elə Cəbrayılda inkişaf etdirmək üçün çalışacağını bildirib.  

Laçın rayonundan olan Maisə Səmədovaya broyler inkubatoru sahəsi üzrə aktivlər təqdim edilib. Laçının da qələbə xəbərini səbirsizliklə gözlədiyini deyən Maisə Səmədova təsərrüfatını doğma yurdunda – Laçında genişləndirmək arzusunu da ifadə edib.

2020-ci il ərzində proqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır. Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il artıq 8300-ə yaxın işsiz və aztəminatlı şəxs özünüməşğulluq proqramına cəlb olunub, onlardan 4500-ə yaxını mal və materiallarla təmin edilib və bu proses davam edir. 

Proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678