Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

14 yaşlı Hüseyn: “Gələcəkdə babam kimi rəssam olacağam”- FOTO

167 Baxış

Bu gün haqqında bəhs edəcəyimiz istedadlı məktəbli Bakı şəhəri 255 saylı məktəbin 8-ci sinif şagirdi 14 yaşlı Hüseynzadə Hüseyndir. Azərbaycanda istedadlı məktəblilər kifayət qədərdir. Onların mədəniyyətə, incəsənətə olan sevgilərinin həyatsevərlik əlaməti olduğunu deyirlər.

Gördüyünüz bu gözoxşayan rəngli karandaşlarla çəkilmiş müxtəlif rəsmlər, mənzərələr, ağaclar, güllər, quşlar 14 yaşlı Hüseynə məxsusdur.

Oxu.Az 14 yaşlı Hüseyn Hüseynzadə ilə həmsöhbət olub.

14 yaşlı istedadlı Hüseynin rəsmə marağı kiçik yaşlarından başlasa da, bu heç də təsadüfü olmayıb.

– Rəsm çəkməyi çox sevirsən?

– Bəli.

– Hardan yarandı bu maraq?

– Mənim babam Hüseynov Baladayı xalçaçı rəssam olub. Mən də onun kimi rəssam olmaq istədim. 3-4 yaşımdan karandaşlara, albomlara marağım vardı. Valideynlərim mənə bu istiqamətdə dəstək olublar. Daha sonra rəsm dərnəklərinə getdim. Bu sahədə öz sözünü deyən rəssamlardan olmaq arzusundayam.

– İlk dəfə qələmə aldığın rəsmi saxlamısanmı?

– Bəli, bütün rəsmlərimi saxlamışam. İlk rəsmlərim gəmilər olub. Nənəm həmişə çəkdiyim rəsmləri diqqətlə incələyib mənə fikirlərini deyərdi. Bu mənim çox xoşuma gəlir. Ev, gəmilər, mənzərə, portret, peyzaj çəkmişəm.

– Gələcəkdə hansı peşəyə yiyələnmək istərdin? Rəssamlıq sənin üçün hobbidir, yoxsa sənət?

– Mən rəsm çəkməyi çox sevirəm. Böyüyəndə memar olmaq istəyirəm. Çalışacağam ki, təhsilimi ən yaxşı universitetdə və ən yaxşı sənətkarlardan alım. İstərdim ki, məşhur rəssamlar kimi incəsənət sahəsində silinməz iz qoyum.

– Çəkdiyin rəsmlərin sayını bilirsənmi?

– Təxminən 50-yə yaxın rəsmim var. Məktəbdə kiçik sərgim keçirilib. Fəxri Fərmanla təltif olunmuşam. Bir dəfə də yaşıdlarım arasında keçirilən sərgidə rəsm əsərlərimlə iştirak etmişəm.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678