Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Masazırda beş gündür niyə su yoxdur? – AÇIQLAMA

125 Baxış

Abşeron rayonu Masazır qəsəbəsində beş gündür su yoxdur.

Bu barədə vətəndaşlar sosial şəbəkədə paylaşım ediblər.

Məlumata görə, söhbət Masazır qəsəbəsinin Cantəpə adlanan ərazisindən gedir. 

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, Masazır qəsəbəsinin Cantəpə adlanan ərazinin hündür nöqtələrində suyun verilişində çətinlik var:

“Ərazinin bir hissəsində suyun verilişində çətinlik var. Orada nasosxanamız işləyir, əraziyə suyun verilişi təmin edilir. Lakin ərazidə əhalinin sayının artması, şəbəkənin genişləndirilməməsi və sudan suvarma məqsədilə istifadə hidravlik rejimin pozulmasına gətirib çıxarıb. Bu da ucqar nöqtələrə, eləcə də Cantəpə ərazisinin bir hissəsinə içməli suyun verilməsində çətinlik olub.

Məsələ ilə bağlı aidiyyəti üzrə Abşeron Sukanal İdarəsinə məlumat verilib. Ötən həftənin şənbə-bazar və bu həftənin 1-ci günü Rayon İcra Hakimiyyətinin nümayəndələri və “Azərsu” ASC tərəfindən su maşınları ilə əraziyə su vermişik. Bu gün də nasosxana ərazisində suyun vurulması prosesi davam edir. Çalışırıq ki, suyun təzyiqi artırılsın və ucqar nöqtələrə suyun verilməsində çətinlik yaranmasın. Yaranan çətinliklərin səbəblərindən biri də həmin ərazilərdə insanların tikinti normalarına uyğun gəlməyən fərdi şəbəkələrinin çoxluq təşkil etməsidir. Sudan daha çox suvarma məqsədilə istifadə də ucqar nöqtələrə içməli suyun verilişinə problem yaradır”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678