Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Mikayıl Cabbarov: “Bu gün dağıdılan və itirilən irsimizin bərpasından danışırıq”

135 Baxış

“Ali Baş Komandanın şücaəti nəticəsində biz bu gün Qarabağda dirçəliş məsələlərini müzakirə edirik”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

“Bu gün dağıdılan və itirilən irsimizin bərpasından danışırıq. Bu, hər hansı ictimai qurumun deyil, bütün cəmiyyətin əsas məqsəd və vəzifəsidir. 

Qarabağ Dirçəliş Fondunda müəyyən müzakirələr aparmışıq. Bu Fond təkcə dağıdılmış irsimizin bərpası, iqtisadi layihələrə təkanla yekunlaşmamalıdır. Biz dayanıqlı inkişafa köklənməliyik”.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığı ilə, işğaldan azad edilən ərazilərdə yaşıl zonaların yaradılması və “ağıllı kənd” layihələrinin tətbiqinə başlanılıb:

“Yəqin ki bütün bu tapşırıqların mərkəzində Qarabağa yenidən həyatın qaytarılması dayanır. Tarixdə Stalinqrad, Hirosima kimi dağıdılmış şəhərləri görmüşük. Lakin son onilliklərdə Qarabağda qeydə alınan dağıntılar başqa regionlarda olmayıb”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678