Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda son sutkada koronavirusdan bir nəfər ölüb – FOTO

107 Baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 854 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 871, bu günə qədər isə ümumilikdə 3 749 303 test icra olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678